Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Həmin əsasnamədə ordenın təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan Bayrağı" ordeni qızıldan və gümüşdəndir, qızılı konturlu və mavi minalı düzgün səkkizguşəli ulduzdan ibarətdir. |
Ulduz növbə ilə dörd dairəvi və dörd iti bucaqlı sağanağa dirənən gümüşü şüaların fonunda təsvir edilmişdir. |
Səkkizguşəli ulduzun ortasında göstərilən sağanaqlara paralel qızılı ornamentli lent Azərbaycan Respublikasının Dövlət bayrağının təsvirini əhatəyə almışdır. |
Bayrağın təsvirinə mavi, qırmızı və açıq yaşıl rəngli, ayparanın və səkkizguşəli ulduzun təsvirinə ağ mina çəkilmişdir. |
Ulduzun iki əks ucu arasında ordenin ölçüsü 57 mm-dir. |
Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. |
Qəlib 19 mm enində mavi lentlə birləşən ornamentli iki hissədən ibarətdir. |
Qəlibin ölçüsü 54 mm x 22 mm-dir. |
Ordenin ikinci təsviri Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. |
Həmin təsvirdə qeyd deyilir: "Azərbaycan Bayrağı" ordeni iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altdakı ulduz ağ, üstdəki ulduz isə göy mina ilə örtülmüşdür. |
Üstdəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür. |
Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Bayrağı" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur. |
Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 27 mm x 47,5 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir. |
Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur Ordenin üçüncü və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 723-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur. |
Ordenin təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan Bayrağı" ordeni iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altdakı ulduz ağ və göy rəngli mina ilə örtülmüşdü... |
Üstdəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür. |
Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Bayrağı" sözləri yazılmışdır, ondan aşağıda ordenin seriyası və nömrəsi həkk olunmuşdur. |
Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 37 mm x 50 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir. |
Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir. |
Ordenə paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. |
Təltif edilənlər Həmçinin bax Azərbaycan bayrağı |
Bu siyahı "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş şəxsləri ehtiva edir. |
Rövşən Telman oğlu Əkbərov — 14.12.1993 Nizami İsgəndər oğlu Mirzəmmədov — 14.12.1993 Əjdər Məmməd oğlu Qurbanov — 14.12.1993 Elşad Saday oğlu Əhədov (ölümündən sonra) — 14.12.1993 Elşad Aşur oğlu Ağayev (ölümündən sonra) — 14.12.1993 Elçin Ramazan oğlu Şirinov — 14.12.1993 Şamil Əhliman oğlu Cəbrayılov — 15.12.1993 Ya... |
Əsədov Hilal Mirzəli oğlu (general-mayor) — 16.03.2005 Quliyev Elçin İbrahim oğlu (polkovnik-leytenant) — 16.03.2005 Quliyev Yaşar Mail oğlu (polkovnik-leytenant) — 16.03.2005 Abbasov Ələkbər Qulu oğlu (mayor) — 16.03.2005 Əliyev İlqar Mustafa oğlu (mayor) — 16.03.2005 Qaralov Zakir Bəkir oğlu — 29.09.2006 Quliyev Etib... |
Rüstəm Usubov Sabir oğlu— 27.09.2008 Vəliyev Xanlar Rüstəm oğlu —27.09.2008 Seyidov Əziz Cəfər oğlu — 27.09.2008 Əliyev Kamran Bayram oğlu — 27.09.2008 Hacıyev Ruslan Müzəffər oğlu —27.09.2008 Elşad Vəli oğlu Quliyev (ölümündən sonra) — 09.04.2012 Əliyev Mübariz Əbdül oğlu (əsgər (ölümündən sonra)) — 25.06.2012. |
Rəhimov Sənan Hafis oğlu (əsgər (ölümündən sonra)) — 25.06.2012 Mehdiyev İlham İsmayıl oğlu — 14.08.2012 Tağıyev Rəsul Afiq oğlu – 14.08.2012 Məhərrəmov Aqşin Ramiz oğlu – 14.08.2012 Nəsibov Vüqar Əyyub oğlu (polis mayoru, ölümündən sonra) — 27.11.2015. |
Tağıyev İsmayıl Rəsul oğlu (polis serjantı, ölümündən sonra) — 27.11.2015 Məmmədov Araz Məmməd oğlu – general-leytenant Piriyev Heydər Kamal oğlu – general-leytenant Ağayev Zakir Samiddin oğlu – general-mayor İbrahimov Azər Oqtay oğlu – general-mayor Ağagülov Şəhriyar Etibar oğlu – polkovnik Hüseynov Aqil Eldar oğlu – ... |
Abdullayev İmaməddin Əsgər oğlu- kiçil çavuş (ölümündən sonra) Rükabzadə İbrahim Rasif oğlu — əsgər (ölümündən sonra) Şirinzadə Firuz Böyükağa oğlu – general-leytenant Mustafayev İlkin Aydın oğlu – polkovnik-leytenant Səfərov Elvin Sərraf oğlu – polkovnik-leytenant Quliyev Anar Sədi oğlu – kapitan Həmçinin bax "Azərbay... |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" Azərbaycan Respublikasının yubiley medalı —Azərbaycan Respublikasının medalı. |
Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. |
Medalın ümumi təsviri “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir... |
Medalın ön tərəfi 2.1. |
Medalın ön tərəfinin mərkəzində sağ və sol tərəfləri sünbüllə əhatə olunmuş, qabaritinin hündürlüyü 1,5 mm olan Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri, qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya təsvir edilmişdir. |
Bu Təsvirin 2.1-ci maddəsində göstərilən kompozisiyadan yuxarıda qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissəsində isə “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri yazılmışdır. |
“DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri ilə kompozisiya arasında Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində “25 İL” sözləri yazılmış və dəfnə budağının təsviri verilmişdir. |
Lentin sol yuxarı hissəsində “1992” və sağ yuxarı hissəsində “2017” rəqəmləri yazılmışdır. |
Sünbüllər, qalxan, qılınc, açar, dəfnə budağı, dekorativ lent, sözlər və rəqəmlər relyeflidir. |
Mavi və boz rəngli qalxan, ağ rəngli açar, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş dekorativ lent və ağ mina ilə örtülmüş “25 İL” sözləri istisna olmaqla, digər elementlər qızılı rəngdədir. |
Medalın arxa tərəfi 3.1. |
Medalın arxa tərəfinin yuxarı hissəsində ortada səkkizbucaqlı ulduz və aypara, aşağı hissəsində isə milli ornament təsvir edilmişdir. |
Mərkəzdə “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN 25 İLLİYİ” sözləri və “1992-2017” rəqəmləri yazılmışdır. |
Ulduz, aypara, sözlər, rəqəmlər, ornament relyefli və qızılı rəngdədir. |
Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir. |
Medalın elementləri 4.1. |
Medal paltarların yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentin eni 5,5 mm olan qızılı rəngli metal hissəsinə iki halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentin üst hissəsində eni 3,5 mm olan qızılı rəngli metal hissə vardır. |
Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 2 mm enində tünd göy,10 mm enində mavi və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. |
Medala paltarların yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir. |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaradılmasının 100 illiyi münasibətilə təsis edilmişdir. |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. |
Təltif edilən şəxslər "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icr... |
Təltif edən orqan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. |
Taxılma qaydası "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalının təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. |
Medalın ümumi təsviri "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2. |
Medalın ön tərəfi Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır. |
Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ" sözləri, aşağı qövs boyunca "1920–2020" rəqəmləri yazılmışdır. |
1920–2020" rəqəmlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng təsvir olunmuşdur. |
Medalın daxili çevrəsinin mərkəzində loqotip şəklində "ADNSU" sözü, aşağı hissəsinə "100" rəqəmləri həkk edilmişdir. |
ADNSU" sözü ilə "100" rəqəmləri arasında "Azİİ 1920" sözləri yazılmışdır. |
ADNSU" sözünün yuxarı sol hissəsinə karbohidratların ənənəvi kimyəvi formulunun vizual təsviri həkk edilmişdir. |
Çevrənin konturları, bütün yazılar və rəqəmlər, "ADNSU" loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir. |
İki çevrə arası tünd qırmızı rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir.Maddə 3. |
Medalın arxa tərəfi Medalın arxa tərəfinin yuxarı hissəsində loqotip şəklində "ADNSU 100" sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunmuşdur. |
Medalın arxa tərəfində medalın seriyası və nömrəsi yazılmışdır.Maddə 4. |
Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində tünd qırmızı, 9 mm enində boz, 1,5 mm enində ağ, 3,5 mm enində tünd qırmızı və mərkəzdə eni 3 mm enində olan boz rəngli şaquli zolaqlar təsvir edilmişdir. |
Xara lentin yuxarı hissəsinə mərkəzində loqotip şəklində relyefli "ADNSU" sözü, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilmişdir. |
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir. |
Həmçinin bax Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illiyi münasibətilə 14 dekabr 2021-ci ildə təsis edilmişdir. |
Tarixi və əsasnaməsi "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. |
Qanunun tətbiqi isə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2021-ci il tarixli 1530 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş Azərbaycan Dövlət Pedaqoji Universit... |
Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən təltif edilirlər. |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalının təsviri 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş v... |
Medalın ön tərəfi Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır. |
Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca tünd göy rəngli fonda "Azərbaycan Dövlət Pedaqoji Universiteti" sözləri, aşağı qövs boyunca "1921–2021" rəqəmləri yazılmışdır. |
1921–2021" rəqəmlərindən sol və sağ tərəflərdə yuxarıya doğru uzanan sünbül budaqları, ondan sonra isə səkkizguşəli ulduz təsvir olunmuşdur. |
Medalın daxili çevrəsinin üzərində qızılı rəngli fonda ucları aşağıdan yuxarıya uzanan aypara və onun mərkəzində təhsili simvolizə edən kitab emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. |
Həmin kompozisiyanın yuxarı hissəsinə loqotip şəklində "ADPU – 100" sözləri həkk edilmişdir. |
Səkkizguşəli ulduz, çevrənin konturları, aypara və kitab emblemi, sözlər və rəqəmlər, "ADPU – 100" loqotipi və sünbül budaqları relyefli olaraq qızılı rəngdədir. |
Medalın arxa tərəfi Medalın arxa tərəfinin yuxarı hissəsində loqotip şəklində qızılı rəngdə "ADPU – 100" sözləri, mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının tarixi hissəsinin eskizi relyefli həkk olunmuşdur. |
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentin yuxarı hissəsinə mərkəzində relyefli kitab emblemindən ibarət kompozisiya, sol və sağ tərəflərə doğru isə sünbül budaqları təsvir edilmiş qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilmişdir. |
Xara lentin üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 1,5 mm enində qızılı, 2 mm enində ağ, 7,5 mm enində qızılı, 2 mm enində ağ, 3,5 mm enində tünd göy və mərkəzdə eni 4 mm olan qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. |
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir. |
Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı — 2020-ci ildə 174-VIQD nömrəli Qanuna əsasən təsis edilən dövlət təltifi. |
Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalının Əsasnaməsi 06.10.2020-ci il tarixli 174-VIQD nömrəli Qanunu ilə təsdiq edilib. |
Qanunun tətbiqi isə Azərbaycan Prezidentinin 12 noyabr 2020-ci il tarixli 1178 nömrəli Fərmanı ilə müəyyən edilib. |
Təltif edilən şəxslər: "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycanda dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri ola... |
Təltif edən orqan: "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. |
Taxılma qaydası: "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda onlardan sonra taxılır. |
Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalının təsviri Azərbaycan Prezidentinin 01.10.2020-ci il tarixli 174-VIQD nömrəli Qanunu ilə təsdiq edilib. |
Medalın ümumi təsviri: "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı əlvan metaldan tökülmüş və qızıl suyuna çəkilmiş 42 mm x 35,5 mm ölçülü lövhədən ibarətdir. |
Medalın ön tərəfi: 2.1. |
Lövhə dəfnə yarpaqları ilə hörülmüş çələnglə haşiyələnmişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.